İran XİN rəhbəri Trampın həbsi barədə verilən qərara toxundu


Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif General Süleymaninin qətlinə görə "ABŞ-ı qınamaq üçün özbaşına edamlar üzərində işləyən" BMT xüsusi məruzəçisi vasitəsilə prosesi izlədiklərini söyləyib.

 

İraq Ali Məhkəmə Şurasının Donald Trampın müqavimət komandirlərinin sui-qəsdinə görə həbs edilməsinə dair qərarına toxunan Zərif "Bu qərar xüsusilə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən təqiblə qəbul edilib", - deyə bildirib.

 

Xatırladaq ki, İraq məhkəməsi Donald Trampın Qüds Qüvvələrinin sabiq komandanı Qasim Süleymaninin və "Haşd Şəbi"nin sabiq komandanı Əbu Mehdi əl-Mühəndisinin öldürülməsi ilə əlaqədar həbs qərarı çıxarmışdı.




Mənbə: Mehr Oxunub: 112 dəfə; Tarix: 2021-01-14 10:02
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!