ABŞ bu dəfə Ayətullah Xameneinin ətrafına sanksiya tətbiq etdi


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ hökuməti İranın Ali lideri Ayətullah Əli Xameneinin nəzarəti altında olan 16 təşkilatı və 3 nəfəri sanksiya siyahısına əlavə edib.

 

ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamada İran liderinin nəzarətində olan milyard dollarlıq təşkilatların hədəf alındığı ifadə edilib.

 

Buna görə, Ayətullah Xamneinin nəzarəti altında olan İmam "Xomeyninin Əmrinin İcrası" (EİKO) və "Astan Quds Rəzəvi" (AQR) qurumları ilə bu qurumların rəhbərlərinə və törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq ediləcək.

 

Bu çərçivədə Xarici Mülkiyyətə Nəzarət Ofisi (OFAC) tərəfindən 16 İran təşkilatı və 3 nəfər sanksiya siyahısına daxil edilib.




Mənbə: TRT Haber Oxunub: 164 dəfə; Tarix: 2021-01-14 09:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!