Netanyahu əleyhinə nümayişlərdə saxlanılanlar var - Video


Eastnews.org-un verdiyi xəbərə görə, İsraildə "Cinayət baş naziri" adlı qrupun təşkil etdiyi etiraz aksiyasında bir çox nümayişçi səhər tezdən əllərində məşəl və bayraqlarla Qərbi Qüdsdəki baş nazir iqamətgahı qarşısında toplanıb.

 

İsrail rejimi Baş Naziri Binyamin Netanyahunun "COVID-19" karantini səbəbilə məhkəməsinin təxirə salınmasına etiraz edən nümayişçilər baş nazirin iqamətgahı qarşısında odun qalayıblar.

 

Hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında vaxtaşırı mübahisələr baş verib, polis 7 nümayişçini saxlayıb.

 

İşğal altındakı Şərqi Qüdsdə yerləşən İsrailə aid Qüds Regional Məhkəməsi Netanyahuya qarşı bu gün keçirilməsi planlaşdırılan korrupsiya işinin ikinci iclasını "COVID-19" karantini səbəbilə 8 fevrala təxirə salıb.






Mənbə: AA Oxunub: 229 dəfə; Tarix: 2021-01-13 16:05
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!