Çavuşoğlu Qarabağa görə Pakistana təşəkkür etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pakistana rəsmi səfəri çərçivəsində Pakistan Prezidenti Arif Alvi ilə paytaxt İslamabaddakı Prezidentlik binasında bir araya gəlib.

 

Türkiyənin Pakistanla çox yaxşı əlaqələr qurduğunu və iki ölkənin məmnuniyyət duyduğunu dilə gətirən Alvi Ankara və İslamabadın iqtisadi və mədəni əlaqələri inkişaf etdirməli olduğuna diqqət çəkib.

 

Çavuşoğlu da Türkiyənin Pakistanla ticarət əlaqələrini yaxşılaşdırmaq istəyini və Türkiyə şirkətlərini Pakistana investisiya yatırmağa təşviq edəcəyini söyləyib.

 

Türkiyənin beynəlxalq arenada Pakistanı dəstəkləməyə davam edəcəyini bildirən Çavuşoğlu Pakistana Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə görə də təşəkkür edib.

 

Hər iki tərəf islamofobiya, nifrət cinayətləri və İslama qarşı digər dözümsüzlüklə mübarizədə birgə təşəbbüslər üzərində yaxından fəaliyyətin vacibliyini vurğulayıb.




Mənbə: AA Oxunub: 177 dəfə; Tarix: 2021-01-13 15:52
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!