Meksika prezidentinin açıqlamalarını yayımlaması qadağa ediləcək


Eastnews.org-un verdiyi xəbərə görə, Meksika Federal Seçki İnstitutu mətbuat orqanlarının prezident Andres Manuel Lopes Obradorun iyun ayında keçiriləcək konqres və dövlət seçkiləri öncəsi bütün açıqlamalarını yayımlamasını müvəqqəti qadağan edəcəyini bildirib.

 

Seçki İnstitutu tərəfindən verilən açıqlamada Obradorun layihələrini elan etmək və müxalifəti tənqid etmək üçün mətbuat açıqlamalarını istifadə etməsi səbəbilə hamısının 4 aprel tarixindən etibarən yayımlanmasının qadağan ediləcəyi bildirilib.

 

Obradorun mətbuata verdiyi açıqlamaların müxalifət partiyalarının şikayətləri və iyun ayında keçiriləcək konqres və dövlət seçkilərində ədalətin təmin edilməsi üçün məhdudlaşdırıldığı bildirilib.

 

Müvəqqəti qadağanın iyunun 6-dək davam edəcəyi qeyd edilib.




Mənbə: AA Oxunub: 65 dəfə; Tarix: 2021-01-13 13:00
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!