Cavad Zərif ABŞ-a qarşı şərt irəli sürdü


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif nüvə razılaşması ilə bağlı açıqlama verib.

 

O, açıqlamasında bildirib ki, İran İslam Respublikası heç bir halda boynuna götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmayıb.

 

"Lakin razılaşmanı imzalayan ölkələrdən bəziləri üzərlərinə düşəni etmirlər. Biz bundan sonra qarşılıqlı anlayış prinsipini qəbul edərik", - deyə Məhəmməd Cavad Zərif diqqətə çatdırıb.

 

Nazir qeyd edib ki, ABŞ da bu razılaşmaya geri qayıtmaq istəyirsə, üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq hüquqa əməl etməlidir.




Mənbə: IRNA Oxunub: 213 dəfə; Tarix: 2021-01-13 12:46
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!