İran rəsmisi "Əl-Qaidə" ittihamlarına cavab verdi


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə ABŞ Xarici İşlər naziri Mayk Pompeoya cavab verib.

 

O, açıqlamasında bildirib ki, İran İslam Respublikası illərdir ABŞ-ın dövlət terroruna məruz qalır.

 

"Bu gün ABŞ bizi "Əl-Qaidə" terrorçu qruplaşmasına yardım etməkdə ittiham edir. Onu bildirim ki, bizim "Əl-Qaidə" və İŞİD-ə qarşı mübarizəmiz həmişə göz önündə olub. Terrorçuları dəstəkləyənlər öz etdiklərini bizim üzərimizə atmağa çalışırlar", - deyə Səid Xətibzadə diqqətə çatdırıb.

 

O qeyd edib ki, ABŞ-ın terrorçu qruplaşmalara yardım etməsi dəfələrlə sübut olunub.




Mənbə: ISNA Oxunub: 172 dəfə; Tarix: 2021-01-13 11:43
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!