İraq baş nazirinə müşavir təyin edilib


Eastnews.org-un verdiyi xəbərə görə, İraq Baş Naziri Mustafa Kazimi özünə siyasi müşavir təyin edilməsi haqqında fərman imzalayıb.

 

Fərmana görə, Kazimi iraqlı jurnalist və media fəalı Məşriq Abbası siyasi məsləhətçisi təyin edib.

 

Qeyd edək ki, bundan əvvəl Mustafa Kaziminin müşavirlərindən olan Hişam Davudun general Qasim Süleymani ilə bağlı söylədikləri İraqda böyük mübahisələrə səbəb olmuşdu.

 

Bu yaxınlarda ölkə mətbuatı Hişam Davudun sözlərinə görə vəzifəsindən kənarlaşdırıldığını bildirib.




Mənbə: FNA Oxunub: 26 dəfə; Tarix: 2021-01-13 10:49
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!