ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin Tayvana səfəri ləğv oldu
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın Tayvana səfəri ABŞ Dövlət Departamentinin Bayden rəhbərliyinə təhvil-təslim fəaliyyətləri səbəbilə ləğv edilib.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, bu həftə nəzərdə tutulan bütün səfərlər təhvil-təslim işləri səbəbindən ləğv olunub.
ABŞ-ın BMT-dəki səfirinin 13-15 yanvar tarixlərində Tayvana səfəri planlaşdırılmışdı.
Çinin BMT-dəki daimi nümayəndəliyi Tayvanın "Çinin ayrılmaz hissəsi" olduğunu elan edərək, Kraftın səfərinə qətiyyətlə qarşı çıxmışdı.
Mənbə: TRT Haber
Oxunub: 50 dəfə;
Tarix: 2021-01-13 10:47
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.