Yəmən Milli Qurtuluş Hökuməti: Quldur Amerika dövləti son nəfəslərini yaşayır


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Milli Qurtuluş Hökuməti ABŞ-ın "Ənsarullah" hərəkatını terrorçu adlandırmasını sərt şəkildə qınayıb.

 

Yəmən Milli Qurtuluş Hökuməti dünənki iclasında ABŞ Dövlət Departamentinin "Ənsarullah" hərəkatını terrorçu adlandırması Yəmən xalqına qarşı düşmən bir hərəkət olduğunu açıqlayıb.

 

İclas zamanı ABŞ hökumətinin böhtan atma siyasətində son nəfəslərini aldığı vurğulanıb.

 

Yəmən hökumətinin üzvləri beynəlxalq ictimaiyyəti və Yəməndəki sülh prosesini dəstəkləyən ölkələri bu hərəkətin mənfi nəticələri və bölgədə gərginlik yaratması barədə xəbərdar ediblər:


"Yəmən xalqı əcnəbilərin ölkəsi üzərindəki qəyyumluğuna qarşı çıxır. Vaşinqtonun "Ənsarullah"ı terrorçu adlandırması uğursuz ABŞ prezidentinin maraqlarına cavab verir. Yəmən xalqının öldürülməsində iştirak edən sionist və ekstremist Tramp rəhbərliyinin bunu etməsi təəccüblü deyil".




Mənbə: FNA Oxunub: 143 dəfə; Tarix: 2021-01-13 10:43
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!