İranın kritik qanun layihəsi təsdiqləndi


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Şura Məclisinin üzvləri parlamentin bugünkü açıq iclasında 251 səslə sanksiyalarla strateji mübarizəni nəzərdə tutan qanun layihəsini təsdiqlədilər.

 

Layihə səsvermədə təsdiqləndikdən sonra millət vəkilləri "ABŞ-a ölüm" və "İsrailə ölüm" şüarları səsləndirib.

 

İslam Şurası Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının mətbuat katibi Əbülfəzl Amui "Nüvə proqramı ölkənin ehtiyaclarına uyğun irəliləməli və bundan sonra da güclənməsini gözləyirik. Bu qanun layihəsinin məqsədi ABŞ və Qərb ölkələrinin İran xalqına tətbiq etdiyi sanksiyalara qarşı çıxmaqdır", - deyib.

 

Layihəyə əsasən Qərbin İrana münasibətini dəyişdirməli olduğunu ifadə edən Amui "Düşmənlər İran alimlərinə qarşı terror aktları törətdikləri halda hərəkətlərinin cavabsız qalacağını düşünməməlidirlər", - deyə bildirib.

 

Sanksiyalara qarşı strateji mübarizə qanun layihəsi 9 maddədən ibarətdir. Tehran rəhbərliyini uranı 20% zənginləşdirməkdə məsul etmək, aşağı səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını artırmaq və İran İslam Respublikası Atom Enerjisi İdarəsi tərəfindən IR2M və IR6 kimi yeni sentrifuqalardan istifadə etməsi qanun layihəsində yer alan bəzi maddələrdir.




Mənbə: Mehr Oxunub: 350 dəfə; Tarix: 2020-12-01 12:04
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!