Ruhani casusluqda ittiham edildi


Eastnews.org-un verdiyi xəbərə görə, iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsindən sonra mühafizəkar İstiqrar Partiyası Tehran millət vəkili Xəzəryan parlamentdəki çıxışında prezident Həsəni Ruhani və hökumət üzvlərini casusluqda ittiham edib.

 

Bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb.

 

Məlumata görə, millət vəkili Əli Xəzəryan prezident Həsən Ruhanini və hökumət üzvlərini casus olduqlarını iddia edərək tənqid edib.

 

Xəzəryan 2021-ci ilin iyun ayında keçiriləcək prezident seçkilərinin Nüvə Yayılmaması Müqaviləsinin Qoruma Tədbirləri Sazişinə əsasən ölkədəki nüvə obyektlərində Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin yoxlamalarının məhdudlaşdırılmasını nəzərdə tutan Əlavə Protokoldan çıxdıqdan sonra keçirilməsini istəyib.

 

Tehran millət vəkili bunun prezident başda olmaqla hökumət üzvlərinin dindirilməsinə və həbs olunmasına yol açacağını bildirib.

 

Məclis sədrini və hökumət üzvlərini tənqid edən Xəzryan bildirib:


"İnşallah, Əlavə Protokoldan çıxma qərblilərə təkcə zərbə altına alınan dövrün bitməməsi, həm də bu ölkədəki silahdaşlarınızın dövrünün bitməsi barədə bir mesaj göndərəcək. İnşallah, 2021-ci ilin iyun ayında (prezident seçkilərindən sonra) bu ölkədəki silahdaşlarınızı casusluq etdiklərinə görə həbsxana kameralarına atacağıq".




Mənbə: İRNA Oxunub: 642 dəfə; Tarix: 2020-12-01 10:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!