KİV: Paşinyanın Rusiyaya səfəri ləğv olundu
Eastnews.org-un verdiyi xəbərə görə, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv olunub.
Bu barədə məlumatı “news.am” yayıb.
Bildirilib ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşün əldə olunmaması olub.
Beləliklə, Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüşün keçirilməsi səyləri nəticəsiz qalıb. Ermənistan baş nazirinin protokol rəhbəri geri – Yerevana çağırılıb.
Mənbə: report.az
Oxunub: 256 dəfə;
Tarix: 2020-11-30 17:30
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.