Yəməndə Səudiyyə Ərəbistanı əsgərləri öldürüldü
Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən ordusu ölkənin şərqindəki Məarib vilayətində Səudiyyə Ərəbistanı əsgərlərinə zərbə vurub.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat katibi Yəhya əs-Səri açıqlama verib.
Yəhya əs-Səri açıqlamasında bildirib ki, keçirilən əməliyyat zamanı işğalçılara məxsus hərbi bazaya basqın reallaşdırılıb.
Basqın zamanı 8 Səudiyyə Ərəbistanı əsgərinin öldürüldüyü diqqətə çatdırılıb.
Mənbə: AlMasirah
Oxunub: 370 dəfə;
Tarix: 2020-11-30 14:08
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.