Şamxani: "Kəşfiyyat nüvə aliminin terror ehtimalını və yerini proqnozlaşdırırdı"


Eastnews.org-un verdiyi xəbərə görə, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bu gün nüvə alimi Möhsün Fəxrizadənin qətli ilə bağlı açıqlama verib.

 

O qeyd edib ki, nüvə şəhidi Möhsün Fəxrizadənin xidmətləri təsəvvür edilə bilməz:

 

"Düşmən 20 ildir ki, onu şəhid etməyə çalışırdı, lakin bu günə qədər düşmən uğursuz olub. Bu dəfə də ölkənin kəşfiyyat sistemləri hadisənin onlara qarşı baş verə biləcəyini dəqiq şəkildə proqnozlaşdırmışdı. Bu 20 il ərzində xəbərlərin tezliyinə görə təəssüf ki, tələb olunan ciddilik tətbiq olunmadı və bu dəfə onlar uğur qazandılar".


Əli Şamxani bildirib ki, kəşfiyyat məlumatları onun hədəf olduğu barədə məlumatlar əldə etmişdi: "Onların qorunması ilə əlaqədar lazımi möhkəmləndirmələr edildi, lakin bu dəfə düşmən tamamilə yeni, peşəkar və ixtisaslaşmış bir üslub və metoddan istifadə etdi və təəssüf ki, 20 ildən sonra hədəfinə çatmağı bacardı".

 

"Təəssüf ki, əməliyyat çox mürəkkəb idi və elektron avadanlıqdan istifadə olundu və hadisə yerində heç kim yox idi. Ancaq terroru təşkil edənin kim olduğu və arxa planda kimin olduğuna dair ipuçları var", - deyə Əli Şamxani qeyd edib.




Mənbə: Mehr News Agency Oxunub: 301 dəfə; Tarix: 2020-11-30 14:07
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!