Tiqray üsyançıları Eritreyanın paytaxtına raket hücumları edib
Eastnews.org-un verdiyi xəbərə görə, Tiqray Xalq Qurtuluş Cəbhəsindən üsyançılar Efiopiyanın Tiqray vilayətindən qonşu Eritreya dövlətinin paytaxtı Əsməraya 27 noyabr axşamı raket zərbəsi endiriblər.
Bu barədə Eritreya radiostansiyası olan "Erena" bu gün məlumat verib.
Onun sözlərinə görə, paytaxtın hava limanı da daxil olmaqla, Əsməra ətrafına bir neçə raket atılıb. Mümkün dağıntılar və zərərçəkənlər barədə rəsmi məlumat hələ bildirilməyib.
Əsməraya vurulan hazırkı zərbə sayca üçüncü zərbədir.
Mənbə: TASS
Oxunub: 150 dəfə;
Tarix: 2020-11-28 13:19
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.