İŞİD yenə Kərkükə hücum etdi
Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Kərkük şəhərinin Dakuk qəsəbəsində İŞİD terrorçu qruplaşması hücum reallaşdırıb.
Bu barədə Kərkük Şəhər Polis İdarəsi məlumat yayıb.
Məlumatda vurğulanır ki, Kərkük şəhərinin cənubunda nəzarət məntəqəsinə hücum zamanı 4 iraqlı əsgər yaralanıb.
Rəsmi açıqlamada terrorçuların bölgədən qaçdığı və əlavə təhlükəsizlik tədbirlərinin görüldüyü qeyd olunur.
Mənbə: AlAlam
Oxunub: 124 dəfə;
Tarix: 2020-11-28 11:04
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.