İranda nüvə aliminin öldürüldüyü iddia olundu - Foto/Video (Yeniləndi)


Eastnews.org-un verdiyi xəbərə görə, İranın tanınmış nüvə alimi Möhsün Fəxrizadə bu gün Tehran vilayətinin Dəmavənd mahalında yerləşən Absərd şəhərində təşkil edilən terror hücumunda həlak olub.

 

Hücumu planlaşdıran terrorçular barədə hələ heç bir açıqlama verilməyib.

 

İsrail rejimi Baş naziri Benyamin Netanyahu əvvəllər qatıldığı bir televiziya proqramında Möhsün Fəxrizadəni İranın nüvə fəaliyyətində əhəmiyyətli bir şəxs kimi təqdim etmişdi.

 

Qeyd edək ki, İsrail mediasında bu günə qədər dəfələrlə yayımlanan xəbərlərdə alim Fəxrizadəyə qarşı sui-qəsdin baş tutmadığı bildirilmişdi.






Mənbə: Rusiya KİV Oxunub: 586 dəfə; Tarix: 2020-11-27 20:21
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!