Putinin Azərbaycan və Ermənistan liderləri ilə danışığı barədə məlumat verildi


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə intensiv dialoqda olduğu açıqlanıb.

 

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov məlumat verib.

 

“Prezidentin bütün beynəlxalq telefon danışıqları barədə rəsmi hesabatlar vermirik. Prezident dəfələrlə Qarabağ nizamlanması prosesində Ermənistandakı və Azərbaycandakı həmkarları ilə intensiv dialoq, telefon danışığı ilə əlaqədə olduğunu söyləyib”, - deyə D.Peskov bildirib.

 

Xatırladaq ki, ötən gün Ermənistan baş naziri Nikol Paşinyan öz “Facebook” hesabında bir saat ərzində iki dəfə Rusiya prezidenti Vladimir Putinlə Qarabağ nizamlanmasını müzakirə etdiyini açıqlayıb.




Mənbə: RİA Oxunub: 389 dəfə; Tarix: 2020-11-27 15:00
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!