ABŞ hökuməti "Şimal axını 2" iştirakçılarına təzyiqi artırır


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ rəsmiləri "Şimal axını 2" (Nord Stream 2) layihəsinin həyata keçirilməsində iştirak edən firmalarla əlaqə saxlayır və sanksiya təhlükəsi barədə xəbərdarlıq edirlər.

 

Bu barədə bu gün DPA agentliyi ABŞ hökumətinin adı açıqlanmayan bir nümayəndəsinə istinadən xəbər verib.

 

Materialda əlaqələrin kimin adından və hansı şirkətlərlə aparıldığı göstərilməyib.

 

Xatırladaq ki, bundan əvvəl də layihədə iştirak edən şirkətlərə ABŞ tərəfindən edilən təhdidlər barədə məlumat verilmişdi.




Mənbə: TASS Oxunub: 77 dəfə; Tarix: 2020-11-21 15:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!