Pompeo Qətərdə "Taliban" və Əfqanıstan nümayəndələri ilə görüşəcək


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət katibi Mayk Pompeo Qətərə rəsmi səfəri çərçivəsində bu gün radikal “Taliban” hərəkatının nümayəndələri və Dohada danışıqlar aparan Əfqanıstan səlahiyyətliləri ilə bir görüş keçirəcək.

 

Bu barədə Dövlət Departamenti tərəfindən cümə günü yayılan iş cədvəlində məlumat verilib.

 

Məlumata əsasən, ABŞ Xarici İşlər Nazirliyinin rəhbərinin əvvəl Qətər əmiri Şeyx Təmim ibn Həməd ət-Tani ilə, daha sonra ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd ibn Əbdül Rəhman ət-Tani ilə görüşəcəyini qeyd edir. Bundan sonra Pompeonun Əfqanıstan hökumətindən  nümayəndə heyəti ilə ayrıca danışıqlar aparması və “Taliban” üzvləri ilə görüşməsi planlaşdırılır.




Mənbə: TASS Oxunub: 133 dəfə; Tarix: 2020-11-21 13:35
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!