İranın Kabildəki səfirliyinə raket zərbəsi dəyib


Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstana endirilən raket zərbələrindən biri İranın Kabildəki səfirliyinin ərazisinə düşüb.

 

Bu barədə İran nümayəndəliyinin "Twitter" səhifəsində "Bu gün səhər atılan raketlərdən biri İranın Kabildəki səfirliyinin ərazisinə düşdü, qəlpələrindən bir neçəsi (səfirliyin) əsas binasına dəydi... Xoşbəxtlikdən itki olmadı və səfirliyin bütün işçiləri sağlamdır", - deyilib.

 

Xatırladaq ki, bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil raket zərbələrinə məruz qalıb. Həmin raketlər şəhərin bir neçə rayonuna düşüb. Son məlumata görə azı 23 raket atılıb, ən azı 8 nəfərin həlak olduğu, yaralı sayının isə minimum 31 nəfər olduğu məlumdur.




Mənbə: TASS Oxunub: 215 dəfə; Tarix: 2020-11-21 12:45
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!