Ukrayna da Belarusa qarşı addım atdı


Eastnews.org-un verdiyi xəbərə görə, Avropa Şurası Belarusda 40 nəfərə qarşı tətbiq olunan sanksiyalara Ukrayna daxil olmaqla daha bir neçə dövlətin qatıldığını bəyan edib.

 

Bu barədə Avropa Şurası rəsmi açıqlama yayıb.

 

Rəsmi açıqlamada vurğulanır ki, Ukrayna, Norveç, Lixtenşteyn, Albaniya, İslandiya, Şimali Makedoniya və Monteneqro Avropa İttifaqı tərəfindən Belarusa qarşı tətbiq olunan sanksiyaları dəstəkləyiblər.

 

Qeyd olunub ki, sanksiyalar son prezident seçkilərindən sonra Belarusda müxalifətə qarşı tətbiq olunan təzyiqlər və seçki saxtakarlıqları səbəbiylə həyata keçirilir.




Mənbə: Euronews Oxunub: 57 dəfə; Tarix: 2020-11-21 10:53
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!