Çilidə hökumət əleyhinə nümayişlər şiddətləndi


Eastnews.org-un verdiyi xəbərə görə, ötən il Çilidə başlayan hökumət əleyhinə nümayişlər ölkədə müəyyən fasilələrlə şiddətlənməyə davam edir.

 

Çili mətbuatında yer alan xəbərlərə görə, nümayişçilərin paytaxt Santiaqoda əsas görüş yeri olan İtaliya Meydanında etiraz aksiyası başlayıb.

 

Buraya toplaşan nümayişçilər prezident Sebastyan Pinyeranın istefasını və keçən ildən bəri davam edən nümayişlərdə həbs olunanların azad edilməsini tələb ediblər.

 

Ölkədə 18 noyabr tarixində Talkauano şəhərindəki təcridxanaların birində qalan 17 və 14 yaşlarında iki gəncin polis tərəfindən odlu silahla yaralanması da nümayişləri alovlandırıb.

 

Qeyd edək ki, Çilidə "sosial partlayış" adlandırılan hökumət əleyhinə 23 nəfərin öldüyü və minlərlə insanın yaralandığı nümayişlər keçən ilin oktyabrından başlayıb.




Mənbə: TRT Haber Oxunub: 80 dəfə; Tarix: 2020-11-21 10:52
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!