Rusiya Federasiya Şurası Qarabağa hərbçilərin göndərilməsinə razılıq verdi


Eastnews.org-un verdiyi xəbərə görə, Federasiya Şurası yekdilliklə Rusiya Federasiyası Prezidentinə lazımlı silah-sursat, habelə hərbi və xüsusi texnika ilə 10 noyabrdan etibarən Rusiya qoşunlarının Dağlıq Qarabağa göndərilməsinə razılıq verən qərar qəbul edib.

 

“Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9 noyabr tarixli birgə bəyanatına uyğun olaraq, 10 noyabr 2020-ci il tarixindən etibarən Rusiya Federasiyası Silahlı Qüvvələrinin bir hərbi hissəsinin lazımi silah, hərbi və xüsusi texnika ilə Dağlıq Qarabağa göndərilməsinə razılıq verin”, - deyə Federasiya Şurasının bu gün keçirilən iclasında dəstəklənən qətnamədə deyilir.

 

Bu qərara 129 senator səs verib.

 

Qərar qəbul edildiyi gündən qüvvəyə minir.




Mənbə: TASS Oxunub: 657 dəfə; Tarix: 2020-11-18 12:13
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!