Yaponiya Rusiya ilə danışıqlarda mövqeyini dəyişmədi


Eastnews.org-un verdiyi xəbərə görə, Yaponiyanın Xarici İşlər naziri Tosimiçu Moteqi Tokionun Moskva ilə dialoq mövqeyinin dəyişmədiyini bildirib.

 

Moteqi mətbuat konfransında əvvəlki bütün razılaşmaların qüvvədə qaldığını söyləyib. Diplomat, həmçinin Yaponiya tərəfinin əsas məsələlər üzrə danışıqlar prosesini sürətləndirməkdə maraqlı olduğunu da qeyd edib.

 

Qeyd edək ki, bundan öncə ölkənin Baş naziri Yosexidu Suqi parlamentdə çıxış etmişdi və çıxışında eyni mövqeyi dilə gətirmişdi.

 

Xatırladaq ki, Rusiya və Yaponiya 2-ci Dünya müharibəsinin sonunda sülh müqaviləsi imzalamayıblar. Tokio 1855-ci il ticarət və sərhədlər müqaviləsini əsas gətirərək dörd Cənubi Kuril adasına - Kunaşir, Şikotan, İturup və Habomaini iddia edir.

Rusiya və Yaponiya arasındakı mübahisəli Kuril adaları




Mənbə: RİA Oxunub: 183 dəfə; Tarix: 2020-10-30 10:56
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!