Ayətullah Əli Xamenei: "Müqəddəs varlığı təhqir etmək nə vaxtdan söz azadlığı hesab olunur?"


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali rəhbəri Ayətullah Seyid Əli Xamenei Fransa gənclərinə məktubla müraciət edib.

 

Məlumata əsasən, Ali rəhbər Fransa prezidentinin söz azadlığına münasibətdə ikili standartdan çıxış etdiyini bildirib. Qeyd olunub ki, fitnə-fəsadı söz azadlığı kimi təqdim etmək, müqəddəs Peyğəmbəri təhqir edənləri müdafiə etmək islamofobiyaya rəvac verməkdir.

 

Ali Rəhbər fransalı gənclərə müraciətində, həmçinin yazır: “Prezidentinizdən soruşun, Allahın elçisini və müqəddəs bir varlığı təhqir etmək nə vaxtdan söz azadlığı hesab olunur? Bu ağılsız hərəkət insanların inancını, mənəviyyatını təhqir etmək deyilsə, bəs nədir?”

 

Ayətullah Əli Xamenei fransalı gəncləri doğru yola dəvət edərək İslam haqqında deyilən yalan və iftiralara inanmamağa çağırıb.

 

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Məhəmməd Peyğəmbəri karikatura ilə təhqir edənləri müdafiə edərək, müsəlmanları separatçı, İslam dininin isə böhran vəziyyətində olduğunu bildirib.

 

Fransa prezidentinin bu çıxışı dünya müsəlmanlarının etirazına səbəb olub. Bununla əlaqədar İran, Türkiyə, Orta Asiya və ərəb dövlətlərində kütləvi aksiyalar keçirilib.




Mənbə: Azərtac Oxunub: 226 dəfə; Tarix: 2020-10-30 09:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!