Əl-Əzhər rektoru Fransanda baş verənləri şərh etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Misirin əl-Əzhər Universitetinin rektoru Həməd əl-Tayyib Fransada baş verən hadisələrə münasibət bildirib.

 

Həməd əl-Tayyib açıqlamasında vurğulayıb ki, İslam dinini təhqir edərək seçkilərdə özlərinə güc toplamaq istəyənlərin planları ifşa olunur.

 

"İslam dininin və Əziz İslam Peyğəmbərinin təhqir olunması heç bir halda qəbul edilə bilməz. Biz bunu şiddətli şəkildə qınayırıq. Bu məsələ beynəlxalq məhkəmələr müstəvisində həll olunmalıdır", - deyə Həməd əl-Tayyib diqqətə çatdırıb.

 

O, qeyd edib ki, Fransada müəllimin başının kəsilərək öldürülməsi də yolverilməz haldır və terrordur: "Dinimiz vəhşiliyi və terroru dəstəkləmir. Cinayətkarlıqla heç bir hədəfə çatmaq mümkün deyil".




Mənbə: Rasthaber Oxunub: 214 dəfə; Tarix: 2020-10-29 14:23
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!