Venesuelada neft emalı zavoduna terror hücumu; 2 nəfər ələ keçirilib


Eastnews.org-un verdiyi xəbərə görə, Venesuela prezidenti ölkənin ən böyük neftayırma zavodlarından birinin terror hücumu nəticəsində ziyan gördüyünü və iki xarici vətəndaşın həbs olunduğunu söyləyib.

 

Venesuela Prezidenti Nikolas Maduro ölkənin ən böyük neft emalı zavodlarından birinə edilən terror hücumunda iki xarici vətəndaşın həbs olunduğunu açıqlayıb:

 

"Terror hücumu Karib dənizinin şimal sahillərində baş verib. Hücum güclü və böyük bir silahla həyata keçirilib. Terror hücumuna qarışmaqda günahlandırılan iki xarici vətəndaşın həbsi keçən ay baş verib, Amerika vətəndaşı olan Matteyu Con Heath, oxşar əməliyyata hazırlaşarkən eyni ərazidə tutulub. Bu, Venesuelanın insanlarına, həyatlarına və sosial xidmətlərinə qarşı bir sui-qəsddir".

 

ABŞ Latın Amerikasındakı sosialist hökumətləri zəiflətmək üçün ağır iqtisadi sanksiyalar tətbiq edərək Maduro hökumətini devirməyə çalışıb və dəfələrlə ölkədə çevriliş etməyə çağırış edib.




Mənbə: Mehr News Agency Oxunub: 29 dəfə; Tarix: 2020-10-29 11:37
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!