İraqda İŞİD terrorçusu ələ keçirilib


Eastnews.org-un verdiyi xəbərə görə, İraq təhlükəsizlik mənbələri təhlükəli missiya yerinə yetirən İŞİD terrorçularından birinin həbs olunduğunu bildirib.

 

İraq Təhlükəsizlik Kəşfiyyat İdarəsi Kərkük vilayətində təhlükəli bir terrorçunun həbs olunduğunu bildirib.

 

İraq Təhlükəsizlik İnformasiya Agentliyinin verdiyi açıqlamada deyilir:

 

"Kərkükdəki kəşfiyyat xidmətindən ətraflı məlumat aldıqdan sonra Xüsusi Diviziya ilə əlaqəli 61-ci Briqadanın qüvvələri təhlükəli İŞİD üzvünü ələ keçirməyi bacarıb. Terrorçu İraq təhlükəsizlik qüvvələrindən məlumat toplamağa cavabdeh idi. Bu təhlükəli terrorçu Kərkük vilayətindəki qəbilələr və etnik qruplar arasında fitnə yaratmaq üçün çalışırmış".




Mənbə: FNA Oxunub: 30 dəfə; Tarix: 2020-10-29 11:29
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!