Ramzan Kadırov Makrona görə vəzifəsini tərk etməyə hazır olduğunu açıqladı


Eastnews.org-un verdiyi xəbərə görə, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov teleqramda Fransa prezidenti Emmanuel Makrona müraciəti barədə açıqlama verib və bu mövzuda tutduğu mövqe səbəbindən vəzifəsindən ayrılmağa hazır olduğunu bildirib.

 

Qeyd edək ki, oktyabrın 27-sində Kadırov Parisin İslam Peyğəmbərinin karikaturalarının nəşrinə dəstək verməyə davam edəcəyini söyləyən Fransa prezidentinin sözlərini qınamışdı. Kadırov Makronun təxribatları dəstəklədiyi və bununla da "müsəlmanları cinayətə təhrik etdiyi" fikrini dilə gətirmişdi. Çeçenistanın rəhbəri Fransa prezidentini "gec olmamış təxribatlara və inanca qarşı hücumları dayandırmağa" çağırmışdı.

 

Ertəsi gün isə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Kadırovun sözlərinə şərh bildirmişdi. Bölgə rəhbərlərinin xarici siyasətlə məşğul olmadığını və bu məsələlərdə dövlət başçısının xəttini rəhbər tutmaq lazım olduğunu qeyd etmişdi.




Mənbə: RİA Oxunub: 993 dəfə; Tarix: 2020-10-29 11:24
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!