Serbiya parlamenti yeni hökuməti təsdiqlədi


Eastnews.org-un verdiyi xəbərə görə, Serbiya Milli Məclisinin deputatları (250 yerlik parlament - Red) çərşənbə günü səs çoxluğu ilə respublikanın yeni hökumətini təsdiq ediblər.

 

Bu barədə  TASS  xəbər verib.

 

Qeyd olunub ki, parlamentin iclasında 232 millət vəkili iştirak edib. Onlardan 227-si daha əvvəl Serbiyanın baş naziri Ana Brnabiçin təklif etdiyi namizədləri dəstəkləyib, 5 millət vəkili təklifin əleyhinə səs verib.

 

Bundan sonra Nazirlər Kabinetinin yeni üzvləri ölkə qanunvericiliyinə uyğun and içiblər. Serbiya hökumətinə hazırkı Baş nazir Ana Brnabiç rəhbərlik edir.

 

Beləliklə, yeni hökumətin 21 nazirlik və portfeli olmayan iki naziri var, onlardan 11-i qadındır.




Mənbə: report.az Oxunub: 21 dəfə; Tarix: 2020-10-29 08:50
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!