Qırğızıstanın sabiq prezidenti həbsxanada aclıq aksiyası keçirir


Eastnews.org-un verdiyi xəbərə görə, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev başqa bir təcridxanaya köçürülməsi səbəbindən aclıq aksiyası keçirir.

 

Bu barədə sabiq prezidentin vəkili Sergey Slesarev məlumat verib.

 

Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasından Bişkekdəki 1 saylı istintaq təcridxanasına köçürülüb.

 

Qeyd edək ki, paytaxtda və Çuy bölgəsi ərazisində hər hansı bir cinayət törətməkdə şübhəli bilinənlərin əksəriyyəti 1 saylı istintaq təcridxanasına yerləşdirilir.

 

Xatırladaq ki, Qırğızıstanın sabiq prezidenti Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasından tərəfdarları tərəfindən azad edilmişdi. Bu, 6 oktyabr gecəsi iğtişaşlar fonunda baş vermişdi. Lakin 10 oktyabrda Atambayev yenidən həbs olunub.




Mənbə: RİA Oxunub: 124 dəfə; Tarix: 2020-10-26 17:05
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!