Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırdı


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin vətəndaşlarını iki ölkə arasındakı münasibətlərin kəskinləşməsi fonunda Fransa mallarının alınmasından imtina etməyə səsləyib.

 

"Necə ki, Fransada Türkiyə mallarını almamağa səsləyirlər, eynilə indi də mən xalqıma müraciət edirəm: heç bir halda onlara hörmət göstərməyin, Fransa istehsalçılarından mal almayın!", - deyə Ərdoğan Ankaradakı çıxışında bildirib.

 

Ərdoğan Beynəlxalq ictimaiyyəti Fransada inanclarına görə təqibə məruz qalan müsəlmanları qorumağa çağırıb.

 

"Siz (Fransa - red.) həqiqətən də nasizmin bir parçasısınız. Fransanın sükanı arxasında əyləşən və psixi müalicəyə ehtiyacı olan kəs müsəlmanlara qarşı hücumlara təşviq etməyə başlayıb", - deyə Ərdoğan əlavə edib.




Mənbə: RİA Oxunub: 306 dəfə; Tarix: 2020-10-26 16:51
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!