Səudiyyə Ərəbistanı xarici zəvvarlar üçün ümrə qaydalarını açıqladı


Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Həcc Nazirliyi açıqlamasında xarici zəvvarlar və şirkətlər üçün ümrə ziyarət qaydalarını açıqlayıb.

 

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu gün verdiyi açıqlamasında xarici zəvvarların, şirkətlərin və otellərin ümrə zəvvarlarının ölkəyə gəlməsinə başlamaq üçün lazımi qaydaları açıqlayıb.

 

Açıqlama əvvəlki elana görə məhdud sayda xarici zəvvarın 1 noyabr tarixindən etibarən Məkkə və Mədinəyə girə biləcəyi bir vaxtda verilib.

 

Açıqlamaya görə, 18-50 yaş arasındakı zəvvarlar Səudiyyə Ərəbistanına səyahət edə bilərlər və səfərdən sonra son 72 saat ərzində koronavirus testini təqdim etməlidirlər.

 

Zəvvarlar otelə girdikdən sonra üç gün karantinada qalmalı və ümrə və Məscidül-Haramda namaz qılmaq və digər mərasimlər üçün əvvəlcədən sifariş etməli və tarixlərini ayırmalıdırlar.

 

Səudiyyə Ərəbistanında zəvvarlara 4 oktyabrdan ümrə ziyarətinə icazə verilib.




Mənbə: albiladpress Oxunub: 79 dəfə; Tarix: 2020-10-26 14:02
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!