HƏMAS lideri Sudanı qınadı


Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Sudanın işğalçı İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdırmaq qərarına münasibət bildirib.

 

İsmayıl Haniyə açıqlamasında vurğulayıb ki, son zamanlar bəzi dövlətlərin İsrail rejimi ilə əlaqələri yaxşılaşdırması İslam ümməti ilə vicdanları qarşısında cavab verəcəklərini həqiqətini dəyişməyəcək.

 

HƏMAS lideri Sudanı verdiyi qərara görə qınadıqlarını və bununla barışmayacaqlarını sözlərinə əlavə edib.

 

Bundan əlavə İsmayıl Haniyə qeyd edib ki, Fələstin xalqı torpaqlar azad edilənə qədər mübarizəsini davam etdirməyə səy göstərəcək.




Mənbə: FIM Oxunub: 127 dəfə; Tarix: 2020-10-26 13:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!