Yəmən XİN terrorçularla bağlı məlumatları BMT Təhlükəsizlik Şurasına göndərdi


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin paytaxtı hökumətə tabe olan Xarici İşlər Nazirliyi əl-Bəyda vilayətindəki "əl-Qaidə" və İŞİD terrorçuları ilə bağlı məlumat yayıb.

 

Məlumatda vurğulanır ki, keçirilən hərbi əməliyyatlar nəticəsində terrorçu qruplaşmalara böyük zərbə vurulub.

 

"Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, terrorçular Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənirlər. Bununla da Səudiyyə Ərəbistanının terrorçuları dəstəkləyən dövlət olduğu bir daha ortaya çıxdı", - deyə XİN diqqətə çatdırıb.

 

Bundan əlavə qeyd olunub ki, əldə olunan məlumatlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına da göndərilib.




Mənbə: AlMasirah Oxunub: 130 dəfə; Tarix: 2020-10-26 12:55
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!