İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı


Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə ABŞ rəsmilərinin bu ölkədə keçiriləcək seçkilərdə digər ölkələrin müdaxiləsilə bağlı bəzi əsassız iddialar irəli sürməsindən sonra ABŞ-ın Tehrandakı maraqlarını müdafiə edən İsveçrə səfirinin Xarici İşlər Nazirliyinə çağrıldığını açıqlayıb.

 

Səid Xətibzadə "İran bir daha ABŞ rəsmilərinin uydurma, təcrübəsiz və saxta iddilarını rədd edərək, təkrarlayır ki, Tehrana hazırkı iki namizəddən hansının Ağ Evə getməsinin heç bir əhəmiyyəti yoxdur", - deyib.

 

Xətibzadə sözlərinə belə davam edib:

 

"Uzun müddətdir başqa ölkələrin seçkilərinə müdaxilə edən ABŞ rejimi və bu ölkənin kəşfiyyat və təhlükəsizlik xidmətləri seçkiqabağı qeyri-demokratik layihəsini və əvvəlcədən təyin olunmuş senarisini təkmilləşdirmək üçün əsassız iddialar irəli sürür".

 

Bundan əlavə, Xətibzadə "İran ABŞ-a faydasız fərziyyələrdən, əsassız ittihamlardan və şübhəli senarilərdən imtina etməyi və digər ölkələrə beynəlxalq münasibətlər səviyyəsində normal bir ölkə kimi davranmağı tövsiyə edir", - deyə bildirib.




Mənbə: Mehr Oxunub: 45 dəfə; Tarix: 2020-10-22 15:23
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!