İran Dağlıq Qarabağ münaqişəsinin həllinə öz dəstəyini təklif etdi


Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Rusiya və Türkiyə ilə davam etdirilən regional təşəbbüslərin ATƏT-in minsk qrupunun Dağlıq Qarabağda həll tapılması üçün əlavə töhfə verəcəyini söyləyib.

 

Zərifin gündəmə gətirdiyi üçtərəfli təşəbbüslə əlaqədar açıqlama verən Xətibzadə İran, Rusiya və Türkiyənin yer alacağı quruluşun Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) minsk qrupunun səylərini tamamlayacağını söyləyib.

 

Xətibzadə Dağlıq Qarabağda daimi sülhün yalnız geniş danışıqların köməyi ilə əldə edilə biləcəyini bildirib.

 

İran Xarici İşlər naziri Cavad Zərif keçən həftə azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı Moskva və Ankara ilə regional təşəbbüs çərçivəsində Qarabağda bir həll tapmağa kömək edə biləcəklərini və Tehranın Dağlıq Qarabağda daimi sülh yaratmaq və davamlı həll yolu tapmağa töhfə verməyə hazır olduğunu bildirmişdi.




Mənbə: Sputnik Oxunub: 146 dəfə; Tarix: 2020-10-21 16:55
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!