Çilidə etirazlar artır; 7 nəfər saxlanıldı - Foto


Eastnews.org-un verdiyi xəbərə görə, ötən il 18 oktyabrda başlayan və 5 aydan çox davam edən hökumət əleyhinə etirazların ildönümü yaxınlaşdıqca nümayişçilər yeni növ koronavirus (COVID-19) epidemiyasına baxmayaraq küçələrə qayıdırlar.

 

Paytaxt Santiaqoda nümayişçilərin daim toplandığı bir yerə çevrilən İtaliya meydanında ötən il aylarla davam edən və ölkədə "sosial partlayış" olaraq ifadə edilən etiraz aksiyalarının ilk ili yaxınlaşarkən minlərlə insan etiraz aksiyası keçirib.

 

Nümayişçilər günortadan sonra meydanı doldurmağa başlayıblar və axşam saatlarında polislə etirazçılar arasında toqquşmalar baş verib.

 

Nümayişçilərin sərt əşyalar atmasına və barikadalar qurmasına qarşı polis təzyiqli su ilə müdaxilə edib və 7 nəfər saxlanılıb.




Mənbə: TRT Haber Oxunub: 32 dəfə; Tarix: 2020-10-17 16:08
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!