BMT mülki şəxslərə olan hücumları qınadı


Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) mülki şəxslərə edilən hücumları kəskin şəkildə qınayıb. Ermənistan və Azərbaycan arasındakı münaqişələrdən və mülki əhaliyə təsirlərindən çox narahatlıqlarını bildirib.

 

BMT Baş Katibinin mətbuat katibi Fərhan Haq Ermənistanın Gəncəyə raket hücumu ilə əlaqədar Baş katib Antoniu Quterreşin davam edən qarşıdurmadan çox narahat olduğunu söyləyib.

 

Quterreşin Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını və atəşkəsin tam həyata keçirilməsi ilə bağlı hər iki tərəfə açıq mesaj verdiyini qeyd edən Haq istənildiyi təqdirdə BMT-nin humanitar yardıma və tərəflərlə çalışmağa hazır olduğunu bildirib.

 

Haq təxirə salınmadan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu həmsədrlərinin nəzarəti altında danışıqlara qayıtmağa çağırıb.




Mənbə: TRT Haber Oxunub: 107 dəfə; Tarix: 2020-10-17 14:53
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!