Yəmənli əsirlərə işgəncələr verilib


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Milli Qurtuluş hökuməti Səudiyyə Ərəbistanı ilə baş tutan əsirlərin dəyişdirilməsi prosesi ilə bağlı məlumat yayıb.

 

Məlumatda vurğulanır ki, Səudiyyə Ərəbistanı ordusunun əsgərləri də daxil olmaqla bütün əsirlərə Milli Qurtuluş hökumətinə tabe olan ordu beynəlxalq qaydalara uyğun olaraq davranıb.

 

"Lakin biz əsirlərimizi təhvil aldıqdan sonra gördük ki, işğalçılar və dəstəkçiləri yəmənlilərə müxtəlif işgəncələrə veriblər. Bu cinayətdir və hərbi məhkəmələr tərəfindən araşdırılmalıdır", - deyə məlumatda diqqətə çatdırılıb.

 

Qeyd olunub ki, işgəncə faktları ilə bağlı beynəlxalq məhkəmələrə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət olunacaq.




Mənbə: AlMasirah Oxunub: 75 dəfə; Tarix: 2020-10-17 12:35
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!