Zaxarova: İrana silah embarqosunun nüvə sazişi ilə əlaqəsi yoxdur


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər nazirliyinin sözçüsü İranın silah məhdudiyyətlərini könüllü olaraq qəbul etdiyini və bunun BMT Təhlükəsizlik Şurası ilə heç bir əlaqəsi olmadığını söyləyib.

 

Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova İranın silah embarqosunun nüvə razılaşması ilə heç bir əlaqəsi olmadığını söyləyib:

 

"Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurası 2015-ci ildə İrana silah embarqosunu tətbiq etməyib və Tehran könüllü olaraq bəzi məhdudiyyətləri qəbul edib. Bu addım İranın nüvə proqramı ilə bağlı güzəştə getmək üçün hərtərəfli ortaq fəaliyyət planı üzrə danışıqları başa çatdırmaq üçün atııb. Nüvə razılaşmasının bütün tərəfləri əvvəldən bu məhdudiyyətlərin müqavilə ilə heç bir əlaqəsi olmadığını bilirdilər. Əlavə olaraq, bu məhdudiyyətlər də bitib".

 

Zaxarova qeyd edib ki, İran bir çox əməkdaşlıq sahəsində Rusiyanın etibarlı tərəfdaşıdır: "Əminik ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin İranla texniki-hərbi əməkdaşlığa aid müddəalarının bitməsindən irəli gələn bütün imkanlar müvafiq və qarşılıqlı maraqlar baxımından nəzərdən keçirilib". 

 

Qeyd edək ki, İranın silah embarqosu bu il 18 oktyabrda başa çatır.




Mənbə: Mehr News Agency Oxunub: 66 dəfə; Tarix: 2020-10-16 14:08
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!