Türkiyə Milli Müdafiə naziri Liviya Ali Dövlət Şurasının sədri ilə görüşdü


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Liviya Ali Dövlət Şurasının sədri Xalid əl-Məşri ilə görüşüb.

 

Nazirliyin verdiyi açıqlamaya görə, Akar və Məşri arasında Milli Müdafiə Nazirliyində keçirilən görüşdə Liviyadakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.

 

Akar Türkiyə ilə Liviya arasındakı 500 illik dostluq tarixinə, qardaşlıq əlaqələrini vurğulayaraq, Türkiyənin liviyalı qardaşlarına hərbi və təhlükəsizlik sahələrində təlim və məsləhətləşmə fəaliyyətlərinə davam edəcəyini bildirib.

 

BMT-nin tanıdığı Liviyadakı qanuni hökumətin yanında olduqlarını deyən nazir Akar tərəfindən Türkiyənin "Liviya liviyalılarındır" anlayışı ilə bölgənin sabitlik əldə etməsi üçün əllərindən gələni etməyə davam edəcəklərini, sabit, müstəqil və suveren bir Liviyaya dəstək verdiklərini qeyd edib.




Mənbə: CNN Oxunub: 25 dəfə; Tarix: 2020-09-22 16:33
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!