İran MN: "Şəhid Süleymaninin qatillərini izləmək hüququmuz var"


Eastnews.org-un verdiyi xəbərə görə, İranın Müdafiə naziri general Əmir Xatəmi bu gün çıxışında general Qasim Süleymaninin terrorla mübarizədəki roluna toxunaraq, "Düşmənin general Qasim Selymanini şəhid etməsində məqsəd bölgə xalqı tərəfindən ABŞ-ın daha çox alçaldılmasının qarşısını almaq idi", - deyib.

 

General Qasim Süleymaninin dünyada azadlıq istəyən insanların qəlbində qalacağını ifadə edən nazir Xatəmi "Şəhid Süleymaninin qatillərini izləmək hüququmuz var və bu cinayəti törədənlər daim bu qorxu ilə yaşayacaqlar", - deyə bildirib.

 

Müqavimətin düşməni var gücü ilə Qərbi Asiyadan qovmağa çalışdığını qeyd edən nazir ABŞ-ın siyasi arenada məğlubiyyətinə işarə edərək, "İran millətinin müqaviməti nəticəsində beynəlxalq ictimaiyyət və BMT Təhlükəsizlik Şurası ABŞ-ın tələbini qəbul etmədi", - sözlərinə yer verib.




Mənbə: Mehr Oxunub: 53 dəfə; Tarix: 2020-09-22 15:38
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!