Rusiya: Embarqolar Rusiya-İran münasibətinə təsir etməyəcək


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın tətbiq etdiyi embarqoların İran-Rusiya münasibətlərinə təsir göstərmədiyini söyləyib.

 

Ryabkov verdiyi açıqlamada ABŞ-ın İran-Rusiya münasibətlərinə təsir göstərmək səylərinə baxmayaraq, iki ölkə arasındakı münasibətlərin qorunub saxlanıldığını bildirib.

 

ABŞ prezidenti Trampın İrana silah ixrac edən ölkələrə embarqo tətbiq etmək üçün prezident sərəncamı verəcəyi gözlənilir.

 

İki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə olduğunu söyləyən Ryabkov hərbi-texniki sahədə də hər iki ölkə arasındakı münasibətlərin tərəflərin ehtiyacları istiqamətində və götürdükləri öhdəliklərə sadiq qalaraq sakit bir mühitdə davam edəcəyini söyləyib.

 

Rusiyanın ABŞ-ın embarqosundan qorxmadığını dilə gətirən Ryabkov bu embarqoların ölkəsinin mövqeyini dəyişdirməyəcəyini ifadə edib.

 

ABŞ-ın çəngəl mexanizmini işə salma səylərinin xəyal qırıqlığı ilə sona çatmasının sevindirici olduğunu deyən Ryabkov Təhlükəsizlik Şurası üzvlərinin mövqeyinin Rusiyanın mövqeyi ilə eyni olduğunu bildirib.

 

Xatırladaq ki, rəsmi Vaşinqton İrana və bu islam respublikası ilə əməkdaşlığına görə Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edib.




Mənbə: Pars Today Oxunub: 138 dəfə; Tarix: 2020-09-22 08:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!