İsrailli nazir "F-35" təyyarələrinin BƏƏ-yə çatdırılması üçün ABŞ-a gedir


Eastnews.org-un verdiyi xəbərə görə, İsrail Müdafiə naziri Benni Qantz "F-35" döyüş təyyarələrinin BƏƏ-yə çatdırılması və ABŞ-lı həmkarı Mark Esper ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Vaşinqtona səfər edəcək.

 

Qantz Baş Qərargah rəisləri, hərbi müşavir və nazirliyin siyasi təhlükəsizlik şöbəsinin müdiri daxil olduğu heyətlə Esper ilə görüşmək üçün bu axşam Təl-Əvivdən Vaşinqtona yola düşəcək.

 

Məlumata görə, danışıqlarda İsrail rejiminin bölgədəki hərbi üstünlüyü, İranın Yaxın Şərqdəki nüfuzuna qarşı mübarizə və Təl-Əviv ilə Vaşinqton arasında ikitərəfli əməkdaşlıq müzakirə ediləcək.




Mənbə: IRNA Oxunub: 36 dəfə; Tarix: 2020-09-21 14:59
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!