Rusiya: ABŞ sanksiyalarından qorxmuruq, öyrəşmişik


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyi Moskvanın ABŞ-ın sanksiyalarından qorxmadığını söyləyərək, İranla əməkdaşlığın qarşılıqlı ehtiyaclara söykəndiyini bildirib.


Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bu gün ABŞ-ın İranla ticarət edən və BMT-nin İrana qarşı sanksiyalarının geri qaytarılmasına riayət etməyən ölkələrə qarşı sanksiya tətbiq etmə təhdidinə cavab verib.

 

Ryabkov Moskvada keçirdiyi mətbuat konfransında Rusiyanın sanksiyalara alışdığını və İrana silah satışından sonra ABŞ-ın sanksiyalarından qorxmadığını söyləyib:

 

"ABŞ sanksiyalarından qorxmuruq, öyrəşmişik. Bu, siyasətimizə heç bir şəkildə təsir göstərmir. İranla əməkdaşlığımız çoxşaxəlidir və hərbi əməkdaşlıq hər iki tərəfin ehtiyac və istəklərindən asılı olacaq".




Mənbə: FNA Oxunub: 95 dəfə; Tarix: 2020-09-21 14:46
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!