Əlcəzair İsraillə əlaqələri bərpa etməyəcək


Eastnews.org-un verdiyi xəbərə görə, Əlcəzair İsrail rejimi ilə münasibətləri normallaşdırmaq yarışına qatılmayacağını və bu prosesi alqışlamadığını açıqlayıb.

 

Bunu ötən gün  Əlcəzair Prezidenti Əbdülməcid Təbbun milli televiziya efirində açıqlayıb.

 

"(İsrail ilə münasibətləri) normallaşdırmaq üçün yarışa qatılmayacağıq və xeyir-dua vermirik", - deyə Əlcəzair Prezidenti bildirib.

 

"Fələstin məsələsi bizim üçün və Əlcəzair xalqı üçün müqəddəsdir. Bu, Yaxın Şərqin açarıdır. Fələstin məsələsində Əlcəzairin mövqeyi qəti olaraq qalacaq”, -deyə Ə.Təbbun qeyd edib.

 

Xatırladaq ki, sentyabrın 15-də BƏƏ və Bəhreyn İsrail rejimi ilə əlaqələri normallaşdırmaq üçün müqavilələr imzalayıblar. Bu sənədlərin imzalanması Ağ Evdə keçirilib.




Mənbə: TASS Oxunub: 64 dəfə; Tarix: 2020-09-21 09:29
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!