Tramp: "Əfqanıstan və Yaxın Şərqdən ABŞ hərbçiləri çıxarılmağa davam edəcək"


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq və Əfqanıstandakı ABŞ əsgərlərinin sayını azaltmağa davam etmək niyyətində olduğunu bir daha təsdiq edib.

 

ABŞ lideri bu barədə ötən gün  Ağ Evdə keçirdiyi mətbuat konfransında açıqlama verib.

 

“Əsgərlərimizin xeyli hissəsini vətənlərinə qaytardıq. Onların bir çoxu yaxın gələcəkdə evlərinə qayıdacaq”, - deyə Tramp Yaxın Şərqdəki vəziyyəti şərh edərkən bildirib.

 

“Nefti saxlasaq da Suriyanı tərk etdik. Və qoşunlarımız nefti qoruyur. Beləliklə, Suriyanı tərk etdik”, - deyə Tramp bildirib.

 

D.Tramp ABŞ-ın daha əvvəl Suriya ilə Türkiyə sərhədindən də daxil olmaqla qüvvələrini geri çəkdiyini xatırladıb: ”(Bu) sərhəddə çox sayda əsgərimiz var idi".

 

ABŞ Prezidenti İraqdakı qüvvələrin azaldıldığını, bundan sonra İraqdakı hərbçilərin sayını 4 min nəfərə endirəcəklərini qeyd edib. O, Əfanıstan barədə isə daha sonra qərarın qəbul ediləcəyini bildirib.




Mənbə: TASS Oxunub: 85 dəfə; Tarix: 2020-09-19 10:15
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!